• cümə, 29 Mart, 04:35
  • Baku Bakı 7°C

Dünyada hər il 26 milyon hektar meşə qırılır

14.09.19 18:42 550
Dünyada hər il 26 milyon hektar meşə qırılır
Planetimizdə hər il qırılan meşələrin sahəsi Böyük Britaniyanın ərazisi ilə müqayisə edilə bilər.
AZƏRTAC "The Guardian” nəşrinə istinadla xəbər verir ki, "Climate Force” analitik mərkəzində aparılmış tədqiqat hər il qırılan meşələrin sahəsinin 26 milyon hektara çatdığını göstərir.
BMT meşələrin qırılmasını azaltmaq məqsədilə 2014-cü ildə xüsusi bəyannamə qəbul etdiyinə baxmayaraq, ötən beş il ərzində itirilmiş meşələrin sahəsi 43 faiz artıb.
Həmin bəyannaməyə görə 2020-ci ilə qədər meşələrin qırılmasını iki dəfə azaltmaq, 2030-cu ildə isə bu prosesi dayandırmaq nəzərdə tutulurdu. Bunun əvəzinə ən qiymətli tropik meşələrin yerləşdiyi Latın Amerikası, Cənub-Şərqi Asiya və Afrika regionlarında meşələrin qırılması nəzərəçarpacaq dərəcədə artıb. Məsələn, Afrikada hər il itirilən meşələrin sahəsi 2 milyon hektardan az olduğu halda indi müvafiq rəqəm 4 milyon hektardan çoxdur.
banner

Oxşar Xəbərlər