Dünya Yazarlarının 53-cü Belqrad Görüşü

Dünya Yazarlarının 53-cü Belqrad Görüşünə
getməyimlə bağlı müjdəni şair, tərcüməçi Səlim Babullaoğlundan eşitdim. Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dünyanın bir sıra ölkələri (İran, Rusiya,
Oman, Türkiyə, Ukrayna, Serbiya və s.)
ilə sıx yaradıcı təmasdadır və Mərkəz bir sıra maraqlı beynəlxalq layihələrə
imza atır.
Getməyimlə bağlı məsələlər dəqiqləşəndən sonra təbii ki, papağı günə yandırmaq olmazdı, gərək xeyli hazırlaşaydım. Düzü, bu mötəbər tədbirin ötən illərdə neçə keçirilməsi ilə bağlı məlumatlar mənim üçün ən gərəkli informasiyalar idi və öncəki illərdə Anar, Səlim Babullaoğlu və Elxan Zalın iştirak etməsi ilə bağlı məlumatlıydım. Ona görə də bilmədiklərimi Səlim müəllimdən soruşdum, bundan sonra, düzü, digər işləri görmək asanlaşdıı. Serb ədəbiyyatının tanınan imzalarının bir çoxunun yaradıcılığına 2 il əvvəl "Kitabçı” jurnalının Serbiyaya həsr edilmiş xüsusi nömrəsindən bələd idim, eyni zamanda marağımda olan serb müəlliflərinin əsərlərini oxumuşdum. Bu cür informasiyalar, ölkələr arasındakı mədəni-əlaqələrin gücləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi təqdirəlayiq haldır.
Hazırlıq
Serbiyadan dəvət məktubunu alandan sonra isə beynəlxall görüşün təşkilat komitəsinin üzvü, xanım Nina Smiclə məktublaşır və vaxtaşırı əlaqə yaradırdıq. Nina xanım məndən şeirlərimi, haqqımda məlumatı və şəklimi istədi, mən artıq Serbiyaya gedəndə şeirlər xüsusi nəşrdə işıq üzü görmüşdü. Şeirlərdən bəziləri isə sonra işıq üzü görəcək xüsusi antologiyaya daxil ediləcək. Təbii ki, getməyimlə bağlı Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Azərbaycanın Serbiyadakı səfirliyinə də məlumat verilmişdi və orda olduğum müddətdə ölkəmizin diplomatik təmsilçilərinin dəstəyini daim hiss etdim. Hansı məsələdə mənə nə kömək oldusa, səfirliyimizin əməkdaşı çətinlik çəkməyə qoymadı...
Yağış
Serbiya məni amansız yağışı ilə qarşıladı. Belqradın Nikola Tesla hava limanında enəndə elə yüklərin gözlənildiyi yerin quruluşundan anladım ki, sadə və maraqlı bir ölkəyə qədəm basmışam. Yol boyu isə şəhərin yaşıllığı adamı heyran edirdi...
Tədbirin gündəliyi
Xəritəyə baxıb Serbiaya yazıçılar Birliyin yerləşdiyi binanı axtaranda məlum oldu ki, qaldığım "Sunrise apartment” oteli ilə 20 metr məsafədə yerləşir. İlk gün (19-sentyabr) Dünyanın müxtəlif ölkələrindən təşrif buyuran qonaqlarla görüşüb tədbirin proqramını alanda məlum oldu ki, bəs deyincə görüşlər, müzakirələr, kitab təqdimatları olacaq: Çingiz xana həsr edilən kitabın təqdimatı, Kosovayala bağlı tədbir, İvo Andriçin məzarının ziyarət olunması, Parlamentin binasında rəsmi görüş və s. Eyni zamanda məlum oldu ki, şairlər sentyabrın 21-22-si Pojeqa, Zlatibor, Çüşetina, Kladova, Çortanoviçi və s. şəhərlərə ezam ediləcəklər.
19 sentyabr
Serbiya yazıçılar Birliyinin binasında ən çox diqqətimi çəkən qədimlik oldu. Yazıçılara aid otaqların sayı o qədər də çox deyil və bundan da məlum olur ki, işçi sayı məhduddur. Bu möhtəşəm tədbirsə Serbiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilər. İlk gün bəzi ölkələrdən qonaqların gəlməməsi təşkilatçılarda həyəcan yaratsa da, saatlar keçdikcə qonaqlar görünür və maraqlı tədbirlərdə müxtəlif ölkələrin təmsilçiləri ilə tanış olurdum. Birinci gün bizə tədbirlə bağlı xüsusi çanta bağışladılar. Çantada Belqradla bağlı maraqlı hədiyyələr də vardı, onlardan Migel de Servantesin xüsusi portreti mənim üçün xüsusi əzizdir.
Radomir Andriç
Tədbirin ilk günü Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriç özünəməxsus məni təqdim edəndən sonra Xalq yazıçısı Anarı və şair Səlim Babullaoğlun soruşdu və onlara salam dedi, ötən illərdə keçirilən tədbirlərdəki iştiraklarından danışdı. Ümumiyyətlə, Azərbaycan Serbiya ədəbi əlaqələrindən, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun xidmətlərindən. və qarşılıqlı münasibətlərin davam etdirilməsi üçün hər iki ölkənin maraqlarından bəhs etdi. Sədrin bu qədər Azərbaycandan danışması kənardan da diqqət çəkirdi...
Həmin günün ağır müzakirələrlə keçən tədbirlərindən sonra Radomir Andriç məni gəzintiyə dəvət etdi, bir neçə maraqlı yeri və bir heykəl göstərdi, ölkələrimiz, ümumən ədəbiyyat haqqında başqa məsələlərdən də danışdıq və ziyafət olacaq restorana gələndə də sədr məni yanından uzaqlaşmağa qoymadı. Gün boyu şəkilləri çəkən yaxınlaşanda isə şlyapasını başına qoydu və maraqlı bir şəkil alındı...
RƏSMİ AÇILIŞ
Rəsmi açılış Serbiya Parlamentinin binasında keçirildi. Tədbirdə Serbiya Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri və Radomir Andriç çıxış etdi. Andriç tədbirin əhəmiyyətindən, dünya ədəbiyyatındakı önəmindən danışdı və gələn qonaqları təqdim etdi. Rəsmi açılışdan sonra şeirlərimi serb dilinə tərcümə edən Milivoye Baçoviçləgörüşdüm, xeyli maraqlı məsələlərdən, poeziyanın fərqli məziyyətlərindən və bir tərcüməçi kimi yaradıcı prinsiplərindən danışdı.
21-22 sentyabr
Bütün şair və yazıçılar Yazıçılar Birliyinin həyətində toplanmışdıq və bir azdan müxtəlif istiqamətlərə yola düşəcəkdik. Xoşbəxtlikdən mənim bəxtimə Rumıniya ilə sərhəddə yerləşən Kladova şəhəri düşdü, serb şairi Adam Pusloviç, fransız şairi Florentin Palagiya və mən eyni qrupda təmsil olunacaqdıq. Bizi irəlicədən xəbərdar etdilər ki, gözəl təbiəti olan, Dunay çayının qoynundakı bu şəhər olduqca gözəldir, ora gedərkən qədər onlarla yonulmuş qayanın altından yerləşən tunellərdən keçəcəksiniz. 4 saatdan sonra isə adı çəkilən şəhərə yetişdik...
Şeir Gecəsi
22 sentyabrda Adam Pusloviç, Florentin Palagiya və mənimlə saat 18:00-da Kladova Mədəniyyət Evində görüş keçirildi. Tədbirin aparıcısı xanım Danjila Barac Konstandinovic qonaqları salamladıqdan sonra, onlar haqda məlumat verib və Dünya Yazarlarının 53-cü Belqrad Görüşünün önəmindən danışdı. Tədbirdə Serbiyanın milli musiqiləri səsləndirildi, məktəblilər serb dilinə tərcümə edilmiş şeirlərimizi oxudu. Həmçinin, kladovalı şair Mixail Vasileviç, digər yerli ziyalılar və mədəniyyət evinin məsul şəxsləri çıxış etdilər. Poeziya gecəsində serb şairi, akademik Adam Puslyoviç Azərbaycan ədəbiyyatından danışdı, şeirlərim haqda fikirlərini bölüşdü və serb dilinə tərcümə etdiyi şeirlərimin sürətini özündə saxlayaraq əlyazmalarını mənə verdi. Çıxış üçün söz mənə veriləndə isə Azərbaycan Serbiya ədəbi əlaqələrindən, Nobel mükafatçısı İvo Andiriçin Nizami Gəncəvi yaradıcılığı haqqındakı yazısından, Azərbaycanın Serbiyadakı Səfirliyinin fəaliyyətindən, "Kitabçı” jurnalının serb ədəbiyyatına həsr edilmiş xüsusi sayından, uzun illər Azərbaycan-serb ədəbi əlaqələrinin yaranmasında xidmətləri olan şəxslərdən, görülən işlərdən, AZTM-in bu ölkəylə bağlı iki nəşrindən, müasir Azərbaycan şeirinin durumundan danışdım. Tədbirin sonunda şeirlərimiz çap olunan antologiyanın Kladovalı oxucular üçün imzaladıq
Kladova