• cümə axşamı, 18 aprel, 06:03
  • Baku Bakı 12°C

Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markes vəfat edib

18.04.14 08:18 1388
Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markes vəfat edib
Bu barədə BBC yazıçının ailəsinə yaxın mənbəyə istinadən məlumat verib.
Yazıçı pnevmaniyadan əziyyət çəkirdi. O, bir müddət öncə xəstəxanaya da yerləşdirilmişdi.
Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.
Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.
"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.
1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur./apa/
banner

Oxşar Xəbərlər