• cümə, 19 Aprel, 18:45
  • Baku Bakı 24°C

Dünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusu ilə bağlı pandemiya təhlükəsi görmür

25.02.20 10:45 1332
Dünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusu ilə bağlı pandemiya təhlükəsi görmür
Müxtəlif ölkələrdə COVID-19 koronavirusuna yeni yoluxma hallarının təsdiqlənməyinə baxmayaraq, Dünya Səhiyyə Təşkilatı (DST) hazırda pandemiya təhlükəsi görmür və nikbin mövqedədir. Təşkilatdan bildirilib ki, Çində yoluxma hallarının azalması bu nikbinliyə əsas verir.
AZƏRTACxəbər verir ki, DST-nin baş direktoru Tedros Gebreyesus verdiyi açıqlamada virusun yayılmasının qarşısını almağın mümkün olduğunu deyib. O, İtaliya, İran və Cənubi Koreyadan daxil olan məlumatların narahatlıq doğurduğunu bildirib, lakin bu vəziyyətin pandemiya (virusun eyni vaxtda bir neçə ölkədə və ya bütün dünyada yayılması) deyil, ayrı-ayrı ölkələrdə epidemiya halı kimi dəyərləndirib.
Təşkilat rəhbəri, həmçinin qeyd edib ki, DST koronavirusla beynəlxalq fövqəladə vəziyyət, beləliklə də mümkün ola bilən ən yüksək həyəcan pilləsini elan edib. İndi isə baş verə biləcək bütün hallara qarşı mümkün qədər cəld şəkildə reaksiya verməyin və müvafiq addımlar atmağın zamanıdır. "Çünki bu mübarizədə təkbaşına hər kəs uduzur, biz yalnız birlikdə qalib gələ bilərik", - deyən Tedros Gebreyesus dünya ölkələrini virusa qarşı mübarizədə əməkdaşlıq və koordinasiyalı fəaliyyətə çağırıb.
banner

Oxşar Xəbərlər