• şənbə, 20 Aprel, 01:17
  • Baku Bakı 15°C

Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə

14.08.13 14:55 1262
Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə
Norveçin Tromse şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda ilkin mərhələnin görüşləri başa çatıb. Lent.az-ın məlumatına görə, Azərbaycanın 4 təmsilçisindən 3-ü növbəti mərhələyə vəsiqə qazanıb.
Şəhriyar Məmmədyarov misirli rəqibi Sami Şokerə qalib gəlib - 1.5:0.5. Teymur Rəcəbovun Peru şahmatçısı Xorxe Kori, Eltac Səfərlinin isə Misir şahmatçısı Bassem Aminlə görüşü heç-heçə başa çatıb - 1:1. Hər iki şahmatçımız “tay- brek”də rəqibləri üzərində qələbə qazanıb.
Əvəzində Vasif Durarbəyli ilk turdaca ukraynalı Anton Korobova “tay-brek”də uduzaraq, mübarizəni dayandırmalı olub.
1/32 finalda Səfərli Hikaru Nakamura ilə, Məmmədyarov Maksim Matlakovla, Rəbəbov Lazaro Bruzon Batista ilə qarşılaşacaq. Görüşlər bu gün keçiriləcək.
Qeyd edək ki, reqlamentə əsasən, rəqiblər iki oyunun nəticəsinə görə qalib adını qazanır və növbəti tura vəsiqə əldə edir. Əgər mini-matçda qalib bilinməsə, növbəti gün “tay-brek” keçirilir (25 dəq + hər gedişə 10 saniyə əlavə olunmaqla), yenə də heç-heçə qeydə alınarsa (5 dəqiqə və hər gedişə 3 saniyə əlavə olunmaqla) daha iki oyun keçirilir. Bərabərlik burada da pozulmazsa, “armageddon” oynanılır. Dünya Kubokunun hakimlər heyətində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov da yer alır.
banner

Oxşar Xəbərlər