• cümə, 29 Mart, 06:13
  • Baku Bakı 5°C

Dünya İqtisadi Forumu mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb

19.05.20 15:45 770
Dünya İqtisadi Forumu mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb
Dünya İqtisadi Forumu (WEF) yeni növ koronavirusun risklərinə dair araşdırma metodu ilə hazırladığı hesabatda mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb və bunu ən böyük narahatlıq doğuran məqam kimi izah edib.
AZƏRTACxəbər verir ki, hesabatda uzun müddət davam edən qlobal tənəzzül narahatlığına diqqət yönəldib. Bildirilir ki, təxminən 350 risk menecerinin üçdəikisi qarşıdakı 18 ay ərzində dünyada ən böyük narahatlıqlarının COVID-19 pandemiyası səbəbindən uzunmüddətli qlobal tənəzzül olduğunu bildiriblər.
Risk menecerlərinin yarısı xüsusən gənclər arasında yüksək struktur işsizliyinin gözləndiyini qeyd edib və bunu ikinci narahatlıq yaradan amil adlandırıblar. Pandemiyanın ikinci dalğası və ya fərqli bir yoluxucu xəstəliyin gözlənildiyini, bunun isə üçüncü ən böyük narahatlıq olduğu bildirilib.
Dördüncü ən böyük narahatlıq olaraq böyük iqtisadiyyatlarda maliyyə vəziyyətinin zəifləməsi göstərilib, bəzi ölkələrdə sənayenin və ya sektorların tamamilə sağlamlaşdırılmaması beşinci sırada yer alıb.
İri şirkətlərin və KOB-ların iflas səviyyəsinin artması və şirkətlərin alınması ilə bir-birinə billəşməsi tendensiyası isə altıncı ən böyük narahatlıq kimi ifadə olunub. İnsanların və malların sərhədlərdə sərt məhdudiyyətlərə məruz qalması yeddinci sırada yer alıb.
Qlobal tədarük zəncirlərində uzunmüddətli pisləşmənin gözlənildiyi bildirilən hesabatda dünyanın ekoloji, sosial və texnoloji risklərin geniş zəncirvari təsirinə hazır olmadığı qeyd edilib. Hesabatda ətraf mühitin qorunması üçün hədəflərin epidemiya səbəbindən arxa planda qalma riskinin olduğu və hökumətlərin "yaşıl iqtisadi bərpa” üçün çalışmasının zəruriliyi vurğulanıb.
banner

Oxşar Xəbərlər