• cümə, 29 Mart, 04:30
  • Baku Bakı 7°C

Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb

01.12.21 14:45 272
Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb
Dünyanın qəhvə bazarında vəziyyətin 2022-2023-cü illərdə çətin olacağı gözlənilir.
"Report” xəbər verir ki, bu gün keçirilən hərraclarda qəhvənin dekabr fyüçersləri 2,34 USD/pound səviyyəsinə çatıb. Bu da son 10 ilin ən yüksək həddidir. Bunun səbəbi tədarük zəncirlərinin qırılması, əlverişsiz havalar və tarlalarda çətin vəziyyətlə bağlıdır.
Bu il Braziliya qəhvə tarlalarının çoxdandır görülməmiş şaxta vəquraqlıqdan ziyan çəkməsi bu məhsulunbahalaşmasına təkan verib. Həmçinin Vyetnamda koronavirusa yoluxmaların artması, Efiopiyanın isə daxili müharibə astanasında olması da bazardakı vəziyyətə böyük təsir göstərir.
banner

Oxşar Xəbərlər