• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq

27.11.20 09:30 407
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
Dünya Bankı və Ukraynanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı (COVID-19) peyvəndlərin və xəstəxanalar üçün avadanlıqların alınması üçün 100 milyon dollar məbləğində birgə layihə hazırlayırlar.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın səhiyyə nazirinin müavini Svetlana Şatalova brifinqdə deyib.
S.Şatalova bildirib: "Səhiyyə Nazirliyi Dünya Bankı ilə birlikdə təxminən 100 milyon dollar dəyərində layihəyə başlayır. Biz bütün sənədlərin üzərində işləyirik. İlk növbədə, bu vəsaitlər COVID-19-a qarşı peyvəndlərin, habelə tibb müəssisələri üçün diaqnostika və laboratoriya avadanlıqlarının alınmasına sərf ediləcək".
Qeyd edək ki, ötən sutka Ukraynada koronavirusa rekord sayda - 15 331 yoluxma halı qeydə alınıb.
banner

Oxşar Xəbərlər