• cümə axşamı, 25 aprel, 02:10
  • Baku Bakı 19°C

Dünya Bankı: İşğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırıq

22.06.21 14:07 252
Dünya Bankı: İşğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırıq
Dünya Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında ölkə hökumətinə dəstək göstərməyə hazırdır.
Bunu "APA-Economics"ə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpasının strateji planlaşdırılmasını aparır: "Bizim bu sahədə böyük təcrübəmiz var, o cümlədən infrastruktur, kənd təsərrüfatı, bərpa olunan enerji və s. layihələrdə. Dünya Bankı bu işdə Azərbaycan hökumətinə dəstək verməyə hazırdır".
Qeyd edək ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 mln. dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

banner

Oxşar Xəbərlər