• şənbə, 20 Aprel, 11:36
  • Baku Bakı 14°C

Dünya Bankı: Azərbaycan bizim sadiq tərəfdaşımızdır

19.09.17 12:40 962
Dünya Bankı: Azərbaycan bizim sadiq tərəfdaşımızdır
"Azərbaycan Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında ən yüksək inkişaf tempinə malik ölkədir".
"APA-Economics" xəbər verir ki, bunu Bakıda Azərbaycanla Dünya Bankı (DB) arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı DB-nin Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Siril Müller (Cyril Muller) deyib.
Onun sözlərinə görə, DB tərəfindən daim dəstək alan Azərbaycan post-sovet ölkələri arasında torpaq islahatı keçirərək pay torpaqları verən ilk ölkədir. "Azərbaycanda pensiya vaxtında verilir, ünvanlı sosial yardım ehtiyacı olan insanlara çatdırılır. Bizə göstərdiyi etibara görə Azərbaycan hökumətinə öz təşəkkürümü bildirirəm. Azərbaycan bizim sadiq tərəfdaşımızdır. Məhsuldar əməkdaşlığımız gələcəkdə yoxsulluğun səviyyəsinin aşağı salınmasına, müştərək rifahın bərpasına yönələcək. Qeyd etməliyəm ki, neft qiymətlərinin aşağı düşməsindən sonra yaranan iqtisadi mühitdə Azərbaycanda bir sıra islahatlar həyata keçirilib. Görülən tədbirlər nəinki mövcud çağırışlara cavab verir, o cümlədən gələcək üçün möhkəm və dayanıqlı zəmin yaradır", - deyə S. Müller qeyd edib.
banner

Oxşar Xəbərlər