• şənbə, 27 Aprel, 08:19
  • Baku Bakı 12°C

Dumana baxmayaraq, bütün uçuşlar cədvələ uyğun həyata keçirilir

03.12.17 11:30 1928
Dumana baxmayaraq, bütün uçuşlar cədvələ uyğun həyata keçirilir
Bakıda dekabrın 3-də səhər saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib.
"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hər hansı reysin ləğv olunması barədə hələlik məlumat yoxdur", - deyə hava limanında bildiriblər.
banner

Oxşar Xəbərlər