AZE | RUS | ENG |

Dubayda dinozavr skeleti təxminən 4 milyon dollara hərraca çıxarılır

Dubayda dinozavr skeleti təxminən 4 milyon dollara hərraca çıxarılır
2014-cü ildən Dubayın ən iri "The Dubai Mall” ticarət-əyləncə mərkəzinin atriumunu bəzəyən 155 milyon yaşı olan dinozavrın skeleti satışa çıxarılır.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, "Emirates Auction” şirkəti tərəfindən onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 14,6 milyon dirhəmdir (3,97 milyon dollar).
Uzunlugu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.
Qeyd edək ki, dinozavrın qalıqları 2008-ci ildə Amerikanın Vayominq ştatının "Dana Quarry” ərazisində aşkar edilib. Əbu-Dabinin "Etihad Modern Art Gallery” qalereyasının təsisçisi Xalid Seddık tərəfindən əldə edilməmişdən əvvəl bu skelet ABŞ-ın Texas ştatındakı Hyustonun təbii elmlər muzeyində nümayiş olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006