• cümə, 19 Aprel, 13:28
  • Baku Bakı 25°C

DTX: Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı

16.06.20 15:15 834
DTX: Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı
"Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı”.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, V.B. adlı vətəndaş sifarişli qətlin hazırlanması üzrə istintaq çərçivəsində saxlanılıb.
DTX hamını qeyri-dəqiq məlumatları yaymaqdan çəkinməyə çağırıb. Bildirilib ki, istintaq tədbirləri davam etdirilir və "İnterpol” vasitəsilə əlavə məlumatlar üçün sorğu göndərilib, şahidlər dindirilir.
Qeyd edək ki, "Mtavari arxi” televiziya kanalının baş direktoruNika Qvaramiaötən gün bildirib ki, saxlanılan şəxs inquş əsilli Vasambeq Badrieviç Bokovdur. Kanal rəhbəri iddia edib ki, həmin şəxs telekanalın əməkdaşıGiorgi Qabunianın qətlini planlaşdırıb. N.Qvaramianın sözlərinə görə, G.Qabunianin qətlinə Çeçenistan Respublikasının başçısıRamzan Kadırovgöstəriş verib və səbəb jurnalistin ötən ilin iyulun 7-də o zaman çalışdığı "Rustavi 2” kanalının efirində Rusiya PrezidentiVladimir Putinin ünvanına söyüş və təhqirlər söyləməsi olub.
banner

Oxşar Xəbərlər