• cümə, 26 Aprel, 09:40
  • Baku Bakı 12°C

DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub

24.09.17 15:10 1106
DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub
"Uşaqların da ölməsi faktları var”
"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

APA-nın xəbərinə görə, bunu Dövlət TəhlükəsizliyiXidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev deyib.

M. Quliyev bildiribki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: "Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.
banner

Oxşar Xəbərlər