• cümə axşamı, 28 mart, 12:41
  • Baku Bakı 16°C

DTX-nin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirlərində edilən dəyişiklik təsdiqləndi

22.12.21 18:30 524
DTX-nin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirlərində edilən dəyişiklik təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişiklik təsdiq edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
banner

Oxşar Xəbərlər