• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

DSX: Qazax istiqamətində təxribatın qarşısı alınıb

03.04.20 12:26 430
DSX: Qazax istiqamətində təxribatın qarşısı alınıb
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 3 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş mən­tə­­qələ­rimiz ER-nın İcevan rayonunun Aygeovit kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.
banner

Oxşar Xəbərlər