• cümə, 19 Aprel, 03:24
  • Baku Bakı 18°C

DSX əməliyyat keçirib, saxlanılanlar var

24.12.21 17:06 391
DSX əməliyyat keçirib, saxlanılanlar var
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılanlar var.
Bu barədə Kaspi.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu "Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.
Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər "mari­xuana” aşkarlanıb.
Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini , 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
banner

Oxşar Xəbərlər