bazar ertəsi, 06 fevral, 20:56

Baku Bakı 7°C

Dövlət Turizm Agentliyi Naftalan aeroportunun işinin bərpasını istəyir

icon 540 icon 08 oktyabr 2022 | 14:15 Dövlət Turizm Agentliyi Naftalan aeroportunun işinin bərpasını istəyir

"Əgər dövlət Naftalan aeroportunun yenidən fəaliyyətə başlaması ilə bağlı hər hansı addım atmağı planlaşdırsa, agentlik olaraq buna dəstək verməyə hazırıq" .

"Report" xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov deyib.

"Ümumiyyətlə Agentlik olaraq turizm regionlarında infrastrukturun, nəqliyyat imkanlarının artırılmasınl və inkişaf etdirilməsini dəstəkləyirik. Əsas odur ki, təyyarə və yaxud qatarın işləməsindən asılı olmayaraq turistlərin tuzim obyektlərinə rahat və tez çatsın", - deyə o, qeyd edib.