bazar ertəsi, 06 fevral, 20:34

Baku Bakı 7°C

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

icon 1616 icon 12 noyabr 2022 | 00:45 Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Bu barədə Kaspi.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında keçiriləcək. İmtahana qeydiyyat oktyabrın 13-dən noyabrın 10-u saat 23:59-dək aparılıb və bu müddət ərzində 88 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları - BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər DİM-in saytında verilən linkə daxil olub buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizəd gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və Imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Bu imtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 7, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə isə 176 olmaqla, ümumilikdə 271 namizəd qeydiyyatdan keçib.