• çərşənbə axşamı, 23 aprel, 13:29
  • Baku Bakı 24°C

Doğuş zamanı daha bir ölüm faktı baş verib

11.06.14 16:58 1045
Doğuş zamanı daha bir ölüm faktı baş verib
Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün rayon Sabirabad rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Gülbəniz Məhərrəmova bu gün xəstəxanada təbii doğuşla qız uşağı dünyaya gətirib. Yeni doğulan uşaq bir saatdan sonra xəstəxanada ölüb.
Xəstənin qohumlarının APA-ya verdiyi məlumata görə, G. Məhərrəmova ötən gün rayon ərazisində yerləşən özəl klinikada ultrasəs müayinəsində keçib və həkimlər onlara hamilə qadının və dölün vəziyyətinin tam normal olduğu bildiriblər.
Sabirabada Rayon Mərkəzi Xəstəxanasından APA-ya bu barədə məlumat verilməyəcəyi bildirilib.
banner

Oxşar Xəbərlər