• cümə, 29 Mart, 06:11
  • Baku Bakı 5°C

Dost dostu güllələdi

09.06.14 11:41 1168
Dost dostu güllələdi
Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Qazax şəhərində baş verib.
Rayon sakini, 36 yaşlı Asif Dilbozovla dostu və həmyaşıdı olan İbrahim Nəbiyev arasında mübahisə yaranıb. Nəticədə A.Dilbozov əldə etdiyi silahla İ.Nəbiyevə bir necə dəfə atəş açıb. Daha sonra İ.Nəbiyev kəsici alətlə A.Dilbozova xəsarət yetirib. Hadisə zamanı güllə yarası alan İ.Nəbiyev Qazax rayon Mərkəzi Xəstəxanasına, A.Dilbozov isə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır./apa/
banner

Oxşar Xəbərlər