Dorian Veynin seçimi
Xəstəxanadan
evə gələndən sonra isti suyun altında günün yorğunluğunu "əynindən çıxarmaq”
istəyirdi. Bədəninin təzə dəsmalla təması onu gecənin dərin yuxusuna
hazırlayacaqdı. Amma yatağa uzanan kimi yuxusu ərşə çəkildi. Əlini uzadıb gecə
lampasının yanında qalaqlanmış kitablardan birini seçdi. Bu, Oskar Uayldın
"Dorian Qreyin portreti” idi. "Adaşıq ki” – öz-özünə mızıldandı. Səhər o,
əməliyyatxanaya yaxınlaşmamış hələ uzaqdan Şostakoviçin "İkinci valsı”nın
sədaları artıq bütün dəhlizi başına götürmüşdü. O yan-bu yana şütüyən ağ
xalatlı həkimlər, tibb bacıları, sanitarlar kafel üzərində rəqs edən kavaler və
xanımları xatırladırdı. Amma əməliyyatxanadan qalxan isti qanın buxarı və
ürəkbulandıran ətri bu xülyanı elə yerindəcə dağıdırdı.
– Dorian, gic-gic danışma. Tələs. Narkoz təsirini göstərməyə başlayır. Oğlanın hələ yiyəsi də tapılmayıb. Bəlkə də, avaranın biridir. Amma böyrəyi almaq istəyənlər heç də avara adamlar deyillər. Mən onlara söz vermişəm. Və bu böyrək onlara çatmasa, bilirsən bizə neyləyərlər? Mən onlara nə deyim, deyim ki, köməkçimin ilbiz boyda vicdanı sızladı, qoymadı böyrəyi çıxaram? Nəyi gözləyirsən? Konteynerləri gətir, teeeez oooool...
Dorian həkimin əlində buğlanan böyrəyə baxdı, köksündə döyünən ürəyinin səsini dinləyərək konteynerin dalınca qaçdı. Həmin gecə Boyldun qarayanız oğlanın böyrəyini ələ keçirdiyi, Dorianın isə ürəyini iblisə bağışladığı gecə kimi tarixə düşdü...
– Nə baş verib?
– Heç nə, axmaq. Təzə xəstə gətiriblər. Yiyəsiz adama oxşayır. Məndə ürək sifarişi var. Özünü bura çatdır.
– Dorian gecə lampasının yanındakı kitaba nəzər saldı. Gülümsədi.
– Gəlirəm...
Hardasa Şostakoviçin ikinci valsı çalınırdı. İblislər rəqs edirdilər...
Günel Eminli
Brrrrr.
Əməliyyatxanaya daxil olanda əti ürpəşdi. Necə də soyuqdu. Zəhrimar qanaxmanın
qarşısını almaq üçün soyudulan əməliyyat otaqları buz dolablarını xatırladırdı.
Xəstəxananın məşhur melomanı, dəlisov və ekssentrik cərrah Boyld həmişəki kimi
alətləri əlində valsı zümzümə edə-edə işini görürdü. Dorian isə həmin bu
Boyldun yeni assitenti idi. Hələ ki, bir yerdə rahat işləyə bilmirdilər,
bir-birilərinə alışmamışdılar. Amma Dorian rezidenturanı bitirənə qədər Boyldun
təsiri və demək ki, həm də valsın əsarəti altında olmalı idi. Günlər, xəstələr,
əməliyyatlar və əməliyyatsonrası duş proseduraları bir-birini əvəz edirdi. O,
az qala adaşı barədə kitabı da yarılamışdı. Amma yuxusunun keyfiyyəti heç
dəyişmirdi – gec yuxuya gedir, çox ayıq yatırdı. Bir gün yuxusu o yana,
bütünlükdə həyatı dəyişdi.
Boyld
gecə növbəsinə qalırdı və əlbəttə ki, Dorianı da özüylə saxlayırdı. Gecə
növbəsi sakitcə öz axarı ilə gedirdi. Birdən səsgüclənidirci qurğu vasitəsilə
Boyldu təcili əməliyyat otağına çağırdılar. Təzə xəstə gətirmişdilər. Bardan
çıxan zaman içkili vəziyyətdə motosiklet qəzası törədən cavan, qarayanız oğlan
idi. Boyld öz assisentinə işarə edərək, alətləri hazırlamağı və onu
geyindirməyə kömək etməyi tapşırdı. Vaxt itirmək olmazdı. Oğlan başından ağır yaralanmışdı.
Görünür, qoruyucu kaskası yox idi. Bu kaska taxmamaq vərdişi ona və xəstəxana
heyətinə baha başa gələcəkdi. Sanitarlar
oğlanın qanlı paltarını soyundurana qədər həkimlər geyindilər, alətləri
dezinfeksiya məhlulundan çıxarıb, masaya yaxınlaşdılar. Dorian oğlanın üzünü
pambıqla silib saçlarını əli ilə arxaya itələdi. Boyld özünəməxsus
soyuqqanlılıqla sanitarlara təşəkkür edib onları əməliyyatxanadan çıxardı.
Skalperi əlinə aldı, onu oğlanın başına tərəf aparanda bir anlıq dayandı və
əlüstü Doriana baxıb, gözlərini qaçırdı, sonra oğlanın böyrək tərəfini kəsməyə
başladı.
–
Dok, neyləyirsiniz? Onun başı zədələnib. Başının qanını dayandırmalıyıq. –
Dorian, qulaq as. Onu xilas edə bilməyəcik. Başından ağır zədə alıb. Onsuz da,
öləcək. Ölməsə, ömürlük əlil olacaq, ya da aparatlara qoşulub, bitki kimi
həyatına davam edəcək. Amma biz onun böyrəklərini xilas edə bilərik. Dünən mənə
sifariş gəlmişdi. Çox varlı bir adam qızı üçün böyrək axtarır. Bəxtimiz
gətirsə, bu oğlanın böyrəyi o qıza uyğun gələr. Biz də varlanarıq. Bilirsən, nə
qədər pul təklif edib? Heç ağlına da gəlməz. Dorian, yatma. Nə donub qalmısan?
Kömək elə.
Qonşu otaqdan buz konteynerləri gətir. Onları indi çıxardacam.
–
Dok, yox, yox. Axı... Biz... Biz onu xilas edə bilərik axı.... Biz onu xilas
etməyə heç cəhd də eləmirik. Dok, xahiş edirəm, o cavandır. Uzdən lap uşağa
oxşayır.– Dorian, gic-gic danışma. Tələs. Narkoz təsirini göstərməyə başlayır. Oğlanın hələ yiyəsi də tapılmayıb. Bəlkə də, avaranın biridir. Amma böyrəyi almaq istəyənlər heç də avara adamlar deyillər. Mən onlara söz vermişəm. Və bu böyrək onlara çatmasa, bilirsən bizə neyləyərlər? Mən onlara nə deyim, deyim ki, köməkçimin ilbiz boyda vicdanı sızladı, qoymadı böyrəyi çıxaram? Nəyi gözləyirsən? Konteynerləri gətir, teeeez oooool...
Dorian həkimin əlində buğlanan böyrəyə baxdı, köksündə döyünən ürəyinin səsini dinləyərək konteynerin dalınca qaçdı. Həmin gecə Boyldun qarayanız oğlanın böyrəyini ələ keçirdiyi, Dorianın isə ürəyini iblisə bağışladığı gecə kimi tarixə düşdü...
Dorian kitabı bitirmişdi, güzgüyə baxmağa qorxurdu. Üzünün eybəcər
formaya düşdüyündən əmin idi. Şostakoviçin valsı ona indi iblislərin
simfoniyasını xatırladırdı. Boyldun niyə bu valsın sədaları altında əməliyyat
etdiyini anlamağa başlamışdı. O, günahkar əməllərini bu musiqinin sədaları
altında ört-basdır edirdi. Bütün maskarad bundan ötrü idi. Boyld isə bilmirdi,
bilmirdi ki, böyrəksiz qoyduğu bu
yiyəsiz gənc onun əziz-xələf qızının – Ceynin sevgilisi və onun cəmi səkkiz ay
sonra dünyaya gələcək körpəsinin atasıdır. Boyld öz gələcək nəvəsinin atasını
öldürmüşdü. Bunu, hələ ki, yalnız göydə bilirdilər. Yerə xəbər gəlib
çatmamışdı...
–
Dorian, Dorian. Hardasan? Tez ol. Təcili xəstəxanaya gəl.– Nə baş verib?
– Heç nə, axmaq. Təzə xəstə gətiriblər. Yiyəsiz adama oxşayır. Məndə ürək sifarişi var. Özünü bura çatdır.
– Dorian gecə lampasının yanındakı kitaba nəzər saldı. Gülümsədi.
– Gəlirəm...
Hardasa Şostakoviçin ikinci valsı çalınırdı. İblislər rəqs edirdilər...
Günel Eminli