• cümə, 29 Mart, 14:50
  • Baku Bakı 14°C

Donald Tramp: Ümid edirəm Səudiyyə Ərəbistanı...

13.11.18 11:38 533
Donald Tramp: Ümid edirəm Səudiyyə Ərəbistanı...
Ümid edirəm Səudiyyə Ərəbistanı və OPEC neft hasilatını azaltmayacaq.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter” səhifəsində yazıb.
ABŞ Prezidenti əlavə edib ki, neftin qiyməti tədarükündən asılı olaraq aşağı olmalıdır.
Xatırladaq ki, noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) XI iclasından sonra bəzi nazirlər OPEC-in gələn il üçün neft hasilatını yenidən azaltmağı nəzərdən keçirdiyini bildiriblər. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih isə ölkəsinin dekabrda neft ixracını 500 min barrel azaldacağını deyib.
Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.
banner

Oxşar Xəbərlər