• cümə, 19 Aprel, 15:01
  • Baku Bakı 25°C

DMX: Bu ilin 9 ayında 1,2 milyon əcnəbinin Azərbaycana girişi qeydə alınıb

17.10.17 15:45 1229
DMX: Bu ilin 9 ayında 1,2 milyon əcnəbinin Azərbaycana girişi qeydə alınıb
"2017-ci ilin 9 ayında 2072076halda1243346nəfər əcnəbinin Azərbaycana girişi, 2077544 halda isə1 241 005nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb".
Dövlət Miqrasiya Xidmətindən (DMX)APA-ya verilən məlumata görə, bunuDMX-nin rəisi, II dərəcəlidövlət miqrasiya xidmətimüşaviriFirudin NəbiyevXidmətdə 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuşxidməti müşavirədə deyib.
F. Nəbiyev bildirib ki, 9 ayda ölkədə qalma müddətinə müvafiq olaraq, 633827əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib: "Bu ilin doqquz ayında Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı17076qərar qəbul edilib”.
DMX rəisi qeyd edib ki, hesabat dövründə Xidmətə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı66828müraciət daxil olub: "Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib”.
banner

Oxşar Xəbərlər