• cümə axşamı, 28 mart, 18:44
  • Baku Bakı 13°C

Dmitri Peskov: "Prezidentlər Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edə bilər"

01.12.21 16:00 213
Dmitri Peskov: "Prezidentlər Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edə bilər"
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edəcək”.
"Report”"RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əgər Türkiyə Prezidenti bu mövzuya toxunarsa və məsələni qaldırarsa, onda, bəli, müzakirə olunacaq”, - o deyib.
Qeyd edək ki, dekabrın 3-də prezidentlər arasında telefon danışığının olacağı gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl R.T.Ərdoğan Ukrayna ilə Rusiya arasında vasitəçiik etməyə hazır olduğunu bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə liderinin bu təşəbbüsünü alqışlayıb.
banner

Oxşar Xəbərlər