• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

Diş implantı risqlidirmi?

21.07.19 19:19 17280
Diş implantı risqlidirmi?
Bir çox insan implant dişlərdən çəkinir. Bəziləri ağrıdan, bəzilər sinir zədələnməsindən, bəziləri infeksiyadan, bəziləri isə hətta qaymoritin yaranmasından qorxurlar.
Bəli implant diş bir cərrahi əməliyyatdır və həqiqətən də bəzi riskləri özündə daşıyır. Buna baxmayaraq müasir cərrahlar implantın quraşdırılmasını az zədəli proses kimi qəbul edir. 95% halda heç bir əks təsir müşahidə olunmayıb və problemlər 10%dan artıq hallarda olmayıb. Nəticədə 10 il sizin dişlə heç bir probleminiz olmur.
Diş implantasiyası nədir?
Diş implantasiyası – cərrahi yolla kökündən itirilmiş dişin bərpası deməkdir. Bunun üçün çənə sümüyünə süni kök rolunu oynayacaq implant qoyulur. İmplant artıq bitişəndən sonra həkim üzərinə süni diş düzəldir. Nəticədə təbii dişdən fərqlənməyən bir görüntü əldə olunur.
İmplantın quraşdırma prosesi
1. Hazırlıq
Bu bir cərrahi əməliyyat olduğu üçün xüsusi hazırlıq tələb edir. Hazırlıq 2 gündən 7 günə kimi davam edə bilər. Prosesin doğru və əks təsirsiz keçməsi üçün növbəti tədbirlər keçirilir:
* Çənə sümüyü və yan dişlərin diaqnostikası.Bura çənənin kompüter tomoqrafiyası daxildir, onun köməyi ilə implantın yerləşdirilməsi üçün uyğun yerlər seçilir.
* Diş əlpinin götürülməsi və dişlərin müalicəsi.Xəstənin bütün dişləri müalicə olunur, damağ iltihabı aradan qaldırılır. Bu əməliyyat zamanı bakteriyaların olmaması və infeksiyanın düşməməsi üçün vacibdir.
* Əks təsirlərin istisnası.Cərrah xəstənin orqanizmini qiymətləndirir və xəstəlikləri gözdən keçirir. Əgər prosesə mane törədə biləcək bir xəstəlik, nasazlıq aşkar olunursa, implant əməliyyatı təxirə salınır.
* Kompüter modelləşdirilməsi.Kompüter vasitəsi ilə implantın doğru yerə quraşdırılması, müalicə nəticələrinin proqnozlaşdırılması, mümkün olan risklərin qiymətləndirilməsi aparılır.
* Cərrahi şablonların işlənməsi.Bu proses vacib deyil. Lakin bəzi çətin əməliyyatlarda sümük hüceyrələrinin az olması aşkar olunsa, şablonlar əvəzolunmaza çevrilirlər.
Bu tədbirlər mümkün olan bütün neqativ prosesləri minimuma endirmək üçün vacibdirlər. Xəstə özü də ağız boşluğuna diqqət yetirməli, onu daim təmiz saxlamalı və bakteriya səviyyəsini gözləməlidir.
İmplant qoyulmasından əvvəl verilən analizlər
Prosesdən öncə sidik və qan analizləri verilir. Lazım gəldiyi halda həkim qanda şəkərin mmiqdarını, qan laxtalanmasının səviyyəsini, onkoloji və infeksiya xəstəliklərinin nəticəsini istəyir. Bu əməliyyat zamanı rast gələnə bilən və sonradan yarana bilən problemlərin qarşısını almaq üçün vacibdir.
2. Sümük hüceyrələrinin yetişdirilməsi
Sümük hüceyrələrinin çoxaldılması hər kəsə təyin edilmir. Bu əsasən uzun müddət dişsiz qalan xəstələrinə təyin olunur. Belə çənələrdə artıq sümük atrofiyası gedir. Sümük artıq əvvəlki təzyiqi hiss etmir və orda təbii mübadilə proseslər sadəcə dayanıb.
Bu implantın yerləşdirilməsi üçün vacibdir. Beləki, sümüyün sahəsi implantın sahəsinə uyğun olmalıdır. İmplantın düşməməsi üçün onun tam fiksasiya edilməsi vacibdir.
Lakin müasir cərrahlar daha dərin sümük qatları ilə işləyə bilir və implantları daha dərin fiksasiya edirlər.
Sümüyün yetişdirilməsi bir seansa aparılasa da, implantın ona bitişməsinə 3-4 ay tələb olunur. Və yalnız bu müddətdən sonra üzərinə süni diş düzəldilə bilər.
3. İmpalntın sümüyə bərkidilməsi
Bir çox xəstə məhz bu prosesdən çəkinir. Əslində isə bu proses yarımsaatdan artıq davam etmir və xəstə heç bir ağrı hiss etmir. Anesteziya ağrı hiss etməyə icazə vermir.
İmplantın sümüyə bərkidilməsinin 3 metodu mövcuddur:
* Klassik metod.Burada damağ əti kəsilir və sümük çölə çıxarılır, xüsusi aparat vasitəsi ilə implantın yeri hazırlanır (deşik açılır). Belə konstruksiya üzərindən bağlanılır və 3-6 ay bitişmə prosesi gedir. Üzərindən həkim keçici protez diş qoyur.
* Minimal invaziv metod.Az zədəli metod olaraq, müasir dövrdə ən çox istifadə edilir. Burada damağ əti kəsilmir və implant üçün xüsusi deşik açılmır. Həkim xüsusi aparatla damağı və sümüyü deşir və ora implantı taxır. Belə, yumuşaq hüceyrələr zədələnmir və implant daha bərk oturur.
* İmplantın təbii diş yerinə fiksasiyası.Bu proses dişin xaric edilməsindən dərhal sonra baş verir. Belə olduğu halda bir çox damağ və sümük problemlərinin üstündən keçmiş olursuz.
4. Protezləşdirmə
İmplant tam sümüyə bitişdikdən sonra sonuncu etap, protezləşdirmə başlayır. Bunun üçün həkim damağı yenə kəsir və implant ilə diş arasında bağ rolunu oynayan abatmentləri quraşdırır və ardınca dişlər tam düzəlir. Bu proses 20-30 dəqiqə davam edir və heç bir risk daşımır.
İmplantın quraşdırılması zamanı mümkün olan risklər
Praktika göstərir ki, əsas risklər məhz bu etapda baş tutur. Burada əsas rol həkimin praktikası oynayır. Beləliklə, implantın quraşdırılması zaman yarana biləcək risklər:
* Ağrı.Mütəxəssis anesteziyanı doğru etməyə, dərmanlarda qənaət müşahidə oluna bilər. Bu halda xəstə əməliyyat zamanı müxtəlif dərəcəli ağrılar hiss edə bilər.
* Yüksək qanaxma.Bu həkimin damağ ətini çox kəsməsindən və ya böyük qan damarını zədələməsindən baş verə bilər. Bir qayda olaraq, bu kimi hallar neqativ nəticələrə səbəb olmur.
* Aşağı çənə boşluğunun perforasiyası.Bu olduqca riskli haldı və xəstələr üçün heç də yaxşı qurtarmaya bilər. Beləki, əgər həkim aşağı çənənin divarlarını və nəticədə sinirləri zədələsə, xəstə bir neçə həftə çənəsində keyləmə və ağrılar hiss edəcək. Bəzən bu zədəni müalicə etmək üçün implantın da çıxardılması tələb oluna bilər.
* Burun boşluğu və qaymorit sinusun perforasiyası.Bu daha da təhlükəlidir. Əgər həkim burun boşluğunu zədələsə, xəstə gələcəkdə xroniki qaymoritdən əziyyət çəkə bilər. Bu halda da müalicə üçün implantın çıxarılması tələb olunacaqdır.
İmplant quraşdırıldıqdan sonra mümkün olan risklər
Qeyd edilən kimi, implant qoyulduqdan sonra bir neçə ay onun sümüyə bitişməsini gözləyirlər və yalnız sonra dişin üstü düzəldilir. Məhz bu zaman da bəzi problemlər yarana bilər. Bəs, xəstəni hansı risklər gözləyir?
* Orqanizmin qəbul etməməsi.İstənilən süni materialın orqanizm tərəfindən qəbul edilməməsi kimi riski var. Müasir implantlar titan və ya sirkoniumdan hazırlanır. Bu materiallar insan orqanizminə ən yaxın hesab edilir və imtina riskini minimuma endirmiş olur. Lakin, yenə də bu kimi halları istisna etmək lazım deyil. Əgər belə bir hal baş verirsə, xəstənin damağı irin verir, şiş və ağrılar müşahidə olunur. İmplantın xaric olunması və yeni daha uyğun materialdan istifadə tələb olunur.
* İnfeksiyanın düşməsi.Əməliyyat zamanı xəstənin ağız boşluğunda steril təmizlik gözlənilməlidir. Bu infeksiyanın düşməsinin qarşısını alır. Buna baxmayaraq əməliyyatdan sonra bəzən xəstələr implant nahiyyəsində ağrı hiss edir, damağın qızarması və hərarətin qalxmasını özlərində müşahidə edirlər. Bu hallar infeksiyanın düşməsinə işarədir. Belə halda dərhal həkimə müraciət etmək lazımdır, implantın düşmə riski var. İnfeksiya bəzən bir neçə ildən sonra sümükləri də zədələyərək, daha fatal nəticələrə gətirib çıxarda bilər.
* Tikişlərin açılması.Klassik implant quraşdırılması zamanı həkim damağ ətini kəsməyə məcburdur və implant yerləşdirildikdən sonra tikiş qoyulur. Bundan irəli gələrək, xəstə əməliyyatdan sonra tikişlərin açılması riski ilə üzləşə bilər. Bu halda həkim təkrar tikişlər qoyur və tikiş nahiyyəsini dillə daha az təmas etməsini və yemək yeyilən zaman daha az təzyiq edilməsini məsləhət bilir.
Lakin stomatoloqlar bütün bu risklərin olmasına baxmayaraq, bu əməliyyatdan imtina etməyi məsləhət bilmirlər. Onlar yaxşı klinika və həkim tapmağı məsləhət görürlər.
banner

Oxşar Xəbərlər