• cümə, 19 Aprel, 19:03
  • Baku Bakı 24°C

“Direktorun əl kitabı: Məktəbin idarə olunması” kitabı nəşr olunub

27.04.21 15:08 452
“Direktorun əl kitabı: Məktəbin idarə olunması”  kitabı nəşr olunub
Təhsil Nazirliyinin İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş "Direktorun əl kitabı” layihəsi çərçivəsində "Direktorun əl kitabı: Məktəbin idarə olunması” adlı kitab işıq üzü görüb. Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovun sözlərinə görə, nəşrdə məktəbin, təhsilin idarə olunması, məktəbdə təşkilati davranış, liderlik, strateji planlaşdırma və s. mövzular əhatə olunub. "Kitab təhsil işçilərinin və məktəb direktorlarının liderlik və məktəbi idaretmə bacarıqlarını inkişaf etdirmə məqsədi ilə çap edilib. Kitaba keçid edərək telefon və komyuterdən zaman və məkan məhdudiyyəti olmadan oxuya, öyrənə, dəyişə və dəyişdirmək mümkündür. Saytda yerləşdirilən videolar sayəsində isə müəlliflərlə və bölmələrin qısa məzmunu ilə tanış olmaq olar”.
Nəşrin müəllifləri Dadaş Əliyev, Könül Abaslı, Qoşqar Məhərrəmov və Rza Məmmədovdur.
Layihə çərçivəsində çap olunan 100 ədəd kitab məktəb direktorlarına ödənişsiz paylanacaq.
Keçid:https://direktorunelkitabi.az/books/

banner

Oxşar Xəbərlər