• cümə, 19 Aprel, 20:03
  • Baku Bakı 24°C

Direktor: "Yaxın zamanlarda meyitdən orqan köçürülməsinə başlayacağıq"

14.01.22 15:00 405
Direktor: "Yaxın zamanlarda meyitdən orqan köçürülməsinə başlayacağıq"
"Bizim xəstəxana keçmiş sovet ittifaqında ilk ixtisaslaşmış uroloji klinikadır. 1971-ci ildə Zaqafqaziyada ilk dəfə bizim klinikada böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Azərbaycanda transplantologiyanın tarixi məhz o tarixdən başlayır”.
APA-nın məlumatına görə, bunu "TƏBİB məsləhəti" proqramında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.
F. Babayev bildirib ki, 1983-cü ilə qədər bu əməliyyatlar aktiv davam edib: "2007-ci ildə bizim klinika yenidən orqan köçürülə bilən mərkəzlər sırasına daxil edilib. 2011-ci ildən pandemiya başlayana qədər 70-ə yaxın xəstəyə böyrək köçürülüb. Hazırda Azərbaycanda 14 orqan transplantasiyası əməliyyatları həyata keçirilməsi ilə bağlı göstəriş verilib”.
Həkim qeyd edib ki, Azərbaycanda və bütün dünya praktikasında orqanköçürmə qohum orqanlarından istifadə etməklə köçürülür: ”Sonrakı dönəmdə meyit orqanlarının köçürülməsinə başlanılır. Yeni qanun artıq qüvvəyə minib. Etika komissiyası yaradılıb. Din xadimləri də bu işə cəlb olunub. Yaxın zamanlarda meyitdən orqan köçürülməsinə aktiv şəkildə başlayacağıq”.
banner

Oxşar Xəbərlər