• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

Diqqət defisiti və hiperaktivlik sindromu ilə yuxusuzluq arasında əlaqə aşkarlanıb

09.09.17 09:20 942
Diqqət defisiti və hiperaktivlik sindromu ilə yuxusuzluq arasında əlaqə aşkarlanıb
Alimlər uşaqlarda diqqət defisiti və hiperaktivlik sindromu (ADHD) ilə yuxusuzluq arasında əlaqə olduğunu aşkar ediblər.
AZƏRTACxəbər verir ki, araşdırmanın nəticələri Parisdə keçirilən Nevropsixofarmokoloji Konfransda təqdim olunub. Tədqiqat uşaqlarda ADHD sindromu ilə gecələr ifraz olunan və orqanizmin bioloji saatını tənzimləyərək ritmini müəyyən edən melatonin hormonu arasındakı əlaqəni ortaya çıxarıb. Məlum olub ki, ADHD sindromu olan uşaqlarda melatonin hormonu gecələr onların sağlam həmyaşıdlarına nisbətən gec ifraz olunur və bu da yuxu gəlməsini 1,5 saat gecikdirir. Nəticədə həmin uşaqların sağlamlıq durumu pisləşir.
Melatonin ifrazının artması üçün hazırda işıq terapiyası tətbiq olunur.
Dünyada 4-17 yaş arasında uşaq və yeniyetmələrdə diqqət defisiti və hiperaktivlik sindromunun 11 faiz olduğu təxmin edilir.
banner

Oxşar Xəbərlər