• cümə, 29 Mart, 17:34
  • Baku Bakı 14°C

Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır

23.01.19 20:54 602
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
Siyəzən şəhərində "Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans yanvarın 23-də panel iclasla işini davam etdirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZRƏTAC-a bildirilib ki, "Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova rayondakı dini durum barədə məlumat verib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi işləri qeyd edib, respublikamızda dini maarifçilik işinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək deyib ki, dini ekstremizm və radikalizmlə ideoloji müstəvidə mübarizənin daha səmərəli şəkildə aparılması, eləcə də milli-mənəvi dəyərlərimizin təbliği istiqamətlərində maarifçilik işinin təşkili məqsədilə DQİDK digər dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirir. O vurğulayıb ki, Azərbaycanda dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri müsbət nəticəsini verməkdədir. Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin ölkəmizin tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
Komitə sədrinin müavini respublikamızdakı mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri barədə də məlumat verib. O, dinimizdə radikalizmin və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
banner

Oxşar Xəbərlər