• cümə axşamı, 28 mart, 18:22
  • Baku Bakı 13°C

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib

25.07.17 16:15 938
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lerik şəhərində Astara, Lənkəran və Lerik sakinlərini qəbul edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qəbul zamanı 30-dan çox vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər