• çərşənbə, 24 Aprel, 03:41
  • Baku Bakı 14°C

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

20.06.17 19:19 767
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı ilin yekunlarına həsr edilən "Hesabat”ını çap edib. Nəşr Komitənin 2016-cı il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.
Nəşrin "Dini qurumlarla iş”, "Dini radikalizmlə mübarizə”, "Dini maarifləndirmə işi”, "Multikulturalizm ili” və s. bölmələrində ötən il Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə məlumatlar və fotoşəkillər əksini tapıb.
"Hesabat”da qeyd edilib ki, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəallarının iştirakı ilə 160-dan artıq tədbir keçirilib.
Nəşrdə ötən il ərzində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini radikalizmə və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə” sənədli filmi, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ifşa edən "Vandalizm” sənədli filmi barədə məlumatlar qeyd olunub.
İllik "Hesabat”da Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural ənənələrin ölkə xaricində təbliği istiqamətində İran, İspaniya, İsveç və digər ölkələrdə keçirilən yüksək səviyyəli görüşlər və sərgilər barədə məlumatlar da yer alıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin Dövlət Komitəsinin fəaliyyətinin ictimaiyyətə geniş şəkildə çatdırılması baxımından əhəmiyyətli olacağına ümidvarıq.
banner

Oxşar Xəbərlər