• cümə, 19 Aprel, 21:17
  • Baku Bakı 24°C

DİN: Yasamal bələdiyyəsinin üzvləri döyülüb, cinayət işi başlanıb

10.12.21 14:17 590
DİN: Yasamal bələdiyyəsinin üzvləri döyülüb, cinayət işi başlanıb
Dekabrın 9-da saat 11 radələrində özlərini "Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
Bu barədəAPA-ya DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.
banner

Oxşar Xəbərlər