• cümə axşamı, 18 aprel, 07:20
  • Baku Bakı 12°C

DİN: Ötən gün ərzində törədilən 48 cinayətin üstü “isti izlər”lə açılıb

07.09.21 13:56 283
DİN: Ötən gün ərzində törədilən 48 cinayətin üstü “isti izlər”lə açılıb
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 6-da qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 48 cinayətin üstünü "isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

banner

Oxşar Xəbərlər