• cümə, 19 Aprel, 04:34
  • Baku Bakı 18°C

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər tutulub

19.02.21 13:00 566
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər tutulub
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər