• cümə, 26 Aprel, 23:32
  • Baku Bakı 22°C

DİN: Ötən gün 70 nəfər toylara buraxılmayıb

27.11.21 13:15 221
DİN: Ötən gün 70 nəfər toylara buraxılmayıb

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
DİN-dən"Report"a verilən məlumata görə, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
banner

Oxşar Xəbərlər