• cümə, 19 Aprel, 06:25
  • Baku Bakı 13°C

DİN: əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub

12.10.19 16:30 706
DİN: əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü "isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər