• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

DİN əməliyyat keçirdi, 22 nəfər tutuldu

09.06.14 13:58 1068
DİN əməliyyat keçirdi, 22 nəfər tutuldu
Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə "Yəhova şahidləri" dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən məlumat verir ki, evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb.
Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev ŞPŞ-yə gətirilib, izahatları alındıqan sonra buraxılıb.
banner

Oxşar Xəbərlər