• çərşənbə axşamı, 16 aprel, 13:19
  • Baku Bakı 19°C

DİN: Başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə sms icazə alan 88 nəfər müəyyənləşib

30.06.20 19:58 707
DİN: Başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə sms icazə alan 88 nəfər müəyyənləşib
"Ölkədə"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və MonitorinqiSistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız,o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməkləmüraciət edən şəxslərin kimliyi müəyyən edilib”.
Daxili İşlər Nazirliyinin Mətbuat XidmətindənAPA-ya bildirilib ki, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həminşəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətləraparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər. Onların nəzərlərinə çatdırılıb ki,növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibatitədbirlər görüləcək: "Odur ki, vətəndaşlarımızı bir daha 8103 nömrəsindən aidiyyatı üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yolverməməyi tələb edirik.İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır.Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriyanömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsi iləicazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərinmüəyyən edilməsi istiqamətində tərəfimizdən tədbirlər davam etdirilir".
banner

Oxşar Xəbərlər