• şənbə, 20 Aprel, 17:41
  • Baku Bakı 23°C

DİN Bakıda sabiq polis rəisinin saxlanılması barədə məlumat yaydı

18.12.21 12:08 338
DİN Bakıda sabiq polis rəisinin saxlanılması barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi Bakıda sabiq polis rəisinin həbs edilməsi barədə məlumat yayıb.
Nazirlikdən Kaspi.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan "AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Araşdırma aparılır.
Xatırladaq ki, R.Hacıyev Milli qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub.
banner

Oxşar Xəbərlər