• şənbə, 20 Aprel, 07:01
  • Baku Bakı 14°C

DİN Bakıda razılaşdırılmamış aksiyaya cəhdlə bağlı məlumat yayıb

15.12.21 15:45 318
DİN Bakıda razılaşdırılmamış aksiyaya cəhdlə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda razılaşdırılmamış aksiyaya cəhdlə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat XidmətindənKaspi.az-a bildirilib ki, dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
"Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar", - məlumatda qeyd edilir.
banner

Oxşar Xəbərlər