• cümə, 26 Aprel, 10:58
  • Baku Bakı 12°C

DİN Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulmasının səbəbini açıqlayıb

18.11.22 17:29 621
DİN Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulmasının səbəbini açıqlayıb

Daxili İşlər Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iki vətəndaşdan daxil olmuş şikayət əsasında Anar Əsədlinin barəsində belə bir qərar tətbiq olunub.

Nazirlikdən o da bildirilib ki, hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır: “Belə ki, Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.

banner

Oxşar Xəbərlər