• cümə axşamı, 25 aprel, 17:57
  • Baku Bakı 23°C

DİM: Müsabiqə şərtləri müxtəlif ixtisas qrupları üzrə 30, 40, 45 və ya 50 baldır

28.05.21 12:55 338
DİM: Müsabiqə şərtləri müxtəlif ixtisas qrupları üzrə 30, 40, 45 və ya 50 baldır
Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qrupları üzrə 30, 40, 45 və ya 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).
Dövlət İmtahan MərkəzindənAPA-ya verilən məlumata görə, jurnalistika üzrə magistr ixtisaslaşmalarının və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarının müsabiqəsində iştirak etmək üçün qəbul imtahanının müsabiqə şərtlərini ödəməklə yanaşı, qabiliyyət imtahanı verib məqbul qiymət almaq tələb olunur.
Həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar 2021-ci il iyunun 1-dən 6-dək DİM‑in internet saytında qabiliyyət imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçməli və DİM tərəfindən elan olunan tarixdə qabiliyyət imtahanı verməlidirlər.

İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl "Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
banner

Oxşar Xəbərlər