• cümə, 19 Aprel, 21:59
  • Baku Bakı 24°C

DİM: Əlavə imtahanlar 9 şəhərdə təşkil ediləcək

07.09.21 11:13 252
DİM: Əlavə imtahanlar 9 şəhərdə təşkil ediləcək
Bakı, 7 sentyabr,AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.
DİM-dənAZƏRTAC-a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil ediləcək.
Həmin gün, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
banner

Oxşar Xəbərlər