• şənbə, 27 Aprel, 02:42
  • Baku Bakı 14°C

Diaqnostik qiymətləndirmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlanıb

02.02.18 12:50 933
Diaqnostik qiymətləndirmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlanıb
Bu il yanvarından 1-dən etibarən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları açıqlanıb.

APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetinin "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan ali təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 350 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 375 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 395 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 420 manat, pedaqoji stajı 18 ildən çox olduqda 450 manat olacaq.

Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan orta ixtisas təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 320 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 335 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 350 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 370 manat, pedaqoji stajı 18 ildən çox olduqda 400 manat olacaq.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək.
banner

Oxşar Xəbərlər