Dezinformasiya savaşı
Xaricdəki antimilli
ünsürlər, əməlləri ilə "söyüş müxalifəti” yarlığını üzərlərinə götürənlər,
eləcə də belələrinin Azərbaycandakı uzantıları zaman keçdikcə daha da
azğınlaşır, ölkə daxilində sosial narazılıq yaratmaq, təxribat törətmək üçün
sosial şəbəkə üzərindən yalanları tirajlayır, yanlış ictimai rəy
formalaşdırmağa çalışırlar. Bu məqsədlə onlar ictimaiyyət tərəfindən tanınan ən
müxtəlif şəxsləri hədəfə alır, fikirlərini təhrif edir, yaxud Azərbaycan
ziyalıları ilə əlaqəsi olmayan hər hansı hadisəni onların adı ilə
əlaqələndirirlər. Sosial şəbəkədə qısa araşdırma aparsaq, bununla bağlı
çoxsaylı nümunələri müşahidə edə bilərik.
Misal üçün, Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin iclasında
müzakirələr zamanı "ehtiyac meyarı 143 manat təşkil edəcək və hesab edirəm ki,
143 manat normal rəqəmdir” – deyə, fikir bildirib. "Azad söz”ün adminliyini
edən, hansısa bəhanə ilə Azərbaycanı tərk edib Avropaya sığınan Tural Sadıqlı
dərhal millət vəkilinin bu fikrini təhrif edib, "Facebookda” nəzarət etdiyi səhifədə
onu paylaşıb. Düzdür, "ələkçinin qıl verəni” funksiyasını yerinə yetirən
"tay-tuşları” Turala ilk növbədə yaxşıca "züy tutub”, tərbiyələrinə uyğun
şəkildə həmin paylaşımın altında "rəylərini” bildiriblər. Amma qısa zaman
kəsiyində onların bu yalanı ifşa olunub.
Sosial şəbəkə istifadəçiləri
T.Sadıqlının yalan söylədiyini, özü haqqında danışılan söz-söhbətləri, digər əqidədaşı
Məhəmməd Mirzəliyə pul atmasını, Almaniyadan qaçaq düşməsini gizlətmək, yaddan
çıxarmaq üçün belə əclaflığa əl atdığını qeyd ediblər. Bunun köhnə üsul
olduğunu, zaman və forma dəyişsə də T.Sadıqlı nümunəsində mənəviyyat
aşınmasının mahiyyətinin dəyişmədiyini vurğulayıblar. Bununla yanaşı, millət
vəkili H.Rəcəblinin onlayn mediada təhrif edilməmiş fikirlərinin yer aldığı
xəbərin linkini şərh bölməsinə atıblar. Sosial şəbəkə istifadəçiləri həmin
linklərə əlavə olaraq bildiriblər ki, xarici qrant hesabına yaşayanlar vətənpərvərlikdən
danışmasınlar, mübarizəni yalan, dezinformasiya üzərindən aparmasınlar.
Bəxtiyar Məmmədov adlı sosial şəbəkə istifadəçisi isə bildirib ki, Almaniyada
miqrantlarla bağlı sosial departament 2 miqrantın miqrant alveri etirafı
əsasında T.Sadıqlının axtarışına başlayıb. Tutulacağından ehtiyatlanan
T.Sadıqlı bu hadisədən sonra Almaniyadan "didərgin” düşüb, qaçıb gizlənib.
Bir neçə gün bundan öncə
başqa bir millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla
əlaqədar da sosial şəbəkədə eyni üsulla yalan xəbər tirajlanıb. Deputatın
özünün təəbirincə desək, özünü "İrəvan TV” adlandıran birisi "Facebookda” eyni
adlı səhifədə status paylaşıb ki, guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında
Azərbaycanın bayrağı düzgün qoyulmayıb və Ə.Amaşov da həmin bayrağı
düzəltməyib. Təbii ki, zombi sürüsü dərhal, ağına-bozuna baxmadan, heç bir
dəqiqləşdirmə aparmadan hörmətli millət vəkilinin ünvanına müxtəlif ittihamlar
səsləndirib, öz əxlaqsızlıqlarını nümayiş etdiriblər.
Ancaq millət vəkili
Ə.Amaşov sosial şəbəkə vasitəsilə müraciət edib, iştirak etdiyi tədbirdən
şəkillər paylaşıb, onunla bağlı ictimailəşdirilən "xəbərin” həqiqəti əks
etdirmədiyini konkret faktlarla sübut edib: "Ünvanına səsləndirilən
ittihamların mənasızdır, böhtandır, iftiradır, təqdim edilən şəkil montajdır! Bunu
paylaşan həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa,
özümlə bir bayraq da götürürəm Hər dəfə iclas salonuna daxil olanda
bayrağımızın harada, necə yerləşdirilməsini müşahidə edirəm. Yeri gələndə onun
şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil
iclas başlamamışdan əvvəl çəkilib. Üçrəngli möhtəşəm bayrağımız vuqarla
dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en).
3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir.
Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!”.
Başqa bir ifşaedici
məlumatı Sənan Nəcəfov adlı sosial şəbəkə istifadəçisi paylaşıb. O, təqdim
etdiyi fotolara görə bəribaşdan üzrxahlıq edərək, növbəti yalan, iftira və
əxlaqsızlığı konkret faktlarla diqqətə çatdırıb. Bildirib ki, "Facebook”dakı
"Bizim mentalitet” adlı səhifə xarici ölkədə rus qadının başına gətirilən
müsibəti, şiddəti, bununla əlaqədar təqdim edilən xəbəri təhrif, fotonu montaj
edərək, guya Azərbaycanda şəhid bacısının polis tərəfindən zorakılığa məruz
qaldığını çatdırıb.
Profil müəllifi vurğulayıb ki, açıq-aşkar saxtakarlığa,
əxlaqsızlığa yol verən "Bizim müxalifət”lə "Azad söz” səhifələri arasında heç bir
fərq yoxdur: "Görün, müqəddəs ŞƏHİD adını öz mənfur yalanlarına necə alət
edirlər? Ümumiyyətlə, bu mənəviyyatsız səhifə haqda ancaq pis xəbərlər gəlir.
Separatizmi dəstəkləyir, dini qarşıdurma yaradır və sair. İndi də bu.
Yazdıqlarını oxuyun və ikinci skrinşot edilmiş şəkildə söhbətin kimdən
getdiyini görün. Fotodakı qadın rus teleaparıcı Nataliya Rozinskayadır. May
ayında evinə gedərkən naməlum şəxslər tərəfindən döyülüb."Bizim mentalitet”
səhifəsi isə bu məlumatı təhrif edib, azərbaycanla əlaqələndirib”.
Başqa bir faktda da xaricdə
baş verən hadisə təhrif edilərək sosial şəbəkə üzərindən tirajlanıb. Son
günlərdə sosial şəbəkə fenomeninə çevrilən bir fotoda məktəblilərə xidmət
göstərən süni qatar əks olunub. Yenə də sapı özümüzdən olan baltalar bu faktın,
bu fotonun gah Bakı kəndlərindən birində, gah da Zabrat qəsəbəsində, Saatlı, Zərdab
rayonlarında çəkildiyini iddia edib müxtəlif tənqidedici fikirlər bildiriblər.
Hətta səhifələrdən birində sözügedən hadisənin videosu da paylaşılıb və
Azərbaycanda baş verdiyi iddia olunub. Həmin videonun altında da Vətən, millət,
xalq təəssübü olmayan zombi sürüsü əxlaqsız, mənəviyyatsız söyüşlər yazaraq sürü
təfəkkürlərini ortaya qoyublar.
Lakin sonradan bu video ilə əlaqədar da real faktlar
(https://news-r.ru/news/dagestan/234867/?fbclid=IwAR1vcAGkJ81abXktsyEjNLNlxydHsDJqiY_IkPyItjbqhCJmgkzAy4jFD98)
ortaya qoyulub. Yalanlarının üzə çıxdığını görən səhifə adminləri dərhal
etdikləri qələti aradan qaldırmağa çalışıb, təqdimatı dəyişiblər. Maraqlı məqam
burasıdır ki, həmin vaxta qədər sözügedən şəkili və videonu əsas götürüb
Azərbaycan ünvanına ən yaramaz fikirlər səsləndirənlər hadisənin baş verdiyi
Dağıstana, süni qatarı düzəldənlərə tərifli rəylər yazıblar. Bununla həm səhifə
adminləri, həm də bəzi ikiüzlü, yaltaq və şərəfsiz sürü nümayəndələri əsl
mahiyyətlərini ortaya qoyublar. Belələrini açıq və sərt şəkildə tənqid edən
Sənan Nəcəfovun dili ilə söyləsək, sanki özgənin elədiyi əclaflıq da bu sürünün
gözündə qəhrəmanlıq, böyük uğurlu iş kimi görünüb.
Nəhayət, Samir Soltanov
adlı sosial şəbəkə istifadəçisinin üzə çıxardığı daha bir dezinformasiyada
"Bizim mentalitet” səhifəsi Ukraynada baş verən hadisəni təhrif edib. Bu
məqsədlə təqdim edilən fotoda "Qırmızı kitab”a düşən, cəriməsi 8 min manat olan
qu quşlarının cənub bölgəsində bir ovçu tərəfindən SOCAR prezidenti Rövnəq
Abdullayev üçün ovlandığını qeyd ediblər. Lakin bu "fakt”ın da yalan olduğu
qısa zamanda üzə çıxıb. Məlum olub ki, şəkildə təsvir olunan şəxs Ukraynanın
deputatı Oleq Jupanovdur və ovu da özü edib.
Beləliklə də gətirdiyimiz
nümunələr üzrə antimilli ünsürlərin, eləcə də onlara Azərbaycan daxilində "züy
tutanların” nə işlərlə məşğul olduğunu, hansı məqsədlərə xidmət etdiyini
göstərmiş olduq. Hər gün sosial şəbəkələrdə tirajlanan bu yalanlar bir daha
sübut edir ki, xaricdəki "iaşə müxalifəti”nin bütün fəaliyyəti yalnız və
yalnız şər-böhtan, yalan üzərində qurulub.
Rufik
İSMAYILOV