Deyir ki, siyasilər bu məsələyə qapışa bilməzlər
"Latsio”nun idman
direktoru İqli Tare A seriyasının bərpası ilə bağlı fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki,
Tare idman nazirinin mövsümün bərpasına icazə verməyəcəyi ilə bağlı yayılan məlumata
da münasibət bildirib. O, siyasilərin belə qərar vermək hüququnun olmadığını
deyib:
"Eşitmişəm ki, bu həftə
idman naziri mövsümün dayandırılması ilə bağlı qərar verəcək. Siyasilər bununla
bağlı səlahiyyət sahibi deyillər.
FİFA, UEFA və İtaliya
Futbol Federasiyası bildirib ki, nə zaman mümkün olacaqsa, həmin vaxtda da
mövsüm bərpa olunacaq.
Əgər biz iyunda bunu edə
bilməyəcəyiksə, onda məqamın çatmasını gözləyəcəyik. Mən avqust və sentyabrdan
danışıram. Hesab edirəm ki, mövsümün başa çatdırılması növbətisi üçün əla işarə
olacaq”.