• çərşənbə axşamı, 23 aprel, 16:05
  • Baku Bakı 24°C

Deyir ki, Salahı cəzalandırmaq lazımdır

23.01.19 13:15 591
Deyir ki, Salahı cəzalandırmaq lazımdır
"Liverpul”un futbolçusu Məhəmməd Salahın simulyasiyaya yol verməsi İngiltərədə geniş müzakirə olunur.
Kaspi.az xəbər verir ki, sabiq hakim Mark Klattenburq da məsələ ilə bağlı fikrini bildirib. O, Salahın cəzalandırılmasını tələb edib:
"Salah yerə yıxıldı. Baxmayaraq ki, Mamadu Saxo ona toxunmamışdı. Onun penalti tələb etməməyi əhəmiyyət kəsb etmir. Əsas odur ki, o, hakimi aldatmağa cəhd göstərib.
Salah "Arsenal” və "Nyukasl”la oyunlarda da belə hərəkətə yol vermişdi. "Liverpul”da penalti zərbələrini Salah yerinə yetirir. Penaltinin çox olması ona sərf edir. Bu yolla "Qızıl buts” almaq istəyir.
Hakimlər belə şeylərə fikir verməlidirlər. Hələlik İngiltərədə VAR sistemi olmadığı üçün simulyantları cəzalandırmaq lazımdır. Referinin hansı qərar qəbul etməsindən asılı olmayaraq”.
banner

Oxşar Xəbərlər