Deyir ki, onun dili böyüyüb, amma bunu oyununda görmür
"Mançester
Yunayted”in sabiq kapitanı Roy Kin Pol Poqba haqda danışıb.
Kaspi.az xəbər
verir ki, Kin "Mançester Siti”yə məğlubiyyətdən sonra verdiyi açıqlamada
Poqbanı kəskin tənqid edib. O, Polun eyni səhvləri təkrarladığını vurğulayıb:
"Poqba istedadlı
futbolçudur. Amma eyni səhvləri dəfələrlə təkrarlayır. Onun sürəti artıra bilmədiyini,
müdafiəyə kömək etmədiyini neçə dəfə görmüşük... Poqba MY üçün böyük
problemdir.
Onun məşqlərdə
özünün necə apardığını deyə bilmərəm, amma gördüklərimə əsasən fikrimi bildirəcəyəm.
Onun dili və qüruru böyüyüb. Amma bunu oyununda görmürəm.
O deyirdi ki,
"Everton”la oyundan sonra əsəbiləşib. Onların bir-birlərinə bədən geli
atdıqlarını eşitmişəm. Onun dediklərinə inanmıram. Yüksək səviyyəli futbolçu
komanda naminə oynayar və futbolçuları ardınca aparmağı bacarar. O, bunu etmir,
yalnız özü üçün oynayır”.