• cümə axşamı, 18 aprel, 13:41
  • Baku Bakı 22°C

Deyir ki, onlar dil tapa bilməzlər

06.05.20 11:08 641
Deyir ki, onlar dil tapa bilməzlər
"Yuventus”un sabiq futbolçusu Nikola Amoruzo Pol Poqbanın komandaya qayıtma ehtimalı ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Nikola Poqbanın "Yuve” üçün lazımlı futbolçu olduğunu deyib. Ancaq o, Polun Kriştiano Ronaldo ilə dil tapacağından əmin deyil:
"O, futbolçu kimi komandaya tam uyğun gəlir. Onu klubda əla tanıyırlar və sevirlər.
Amma onun qayıdışının mənfi tərəfi də ola bilər. Buna qədər klub, Kriştiano Ronaldonun məvacibi ilə bağlı məsələni həll etməlidir.
Düşünmürəm ki, Ronaldo paltardəyişmə otağını yüksək məvacib alan daha bir futbolçu ilə bölüşsün. Poqbanın gəlişi paltardəyişmə otağında balansı pozar.
Ona görə də, bu transferin baş tutacağını güman etmirəm. Hesab edirəm ki, klubla futbolçu kompramis varinat əldə etməyə çalışırlar. Amma yenə də deyirəm ki, bu transferin gerçəkləşmə şansı çox azdır”.
banner

Oxşar Xəbərlər